AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş Mübariz Şahmurov dəfn edilib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Mübariz Ağahüseyn oğlu Şahmurovun dəfn mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Mübariz Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonu, Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
oxu.az

1Mənbələr