AZ

Premyer Liqa nəhənglərinin maraqlandığı alman

“Çelsi”, “Arsenal” və “Mançester Siti” “Bavariya”nın 17 yaşlı ulduzu Lennart Karlı izləmək üçün skautlar göndəriblər.

Msport.az xəbər verir ki, gənc alman artıq aparıcı Avropa klublarının diqqətini cəlb edib.

“Bavariya” akademiyasının yetirməsi olan Karl bu mövsüm əsas heyətdə debüt edib və həm Bundesliqa, həm də Çempionlar Liqasında fərqlənib. Onun agenti, “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Mixael Ballakdır. Bu isə, London klubunun mümkün marağına əlavə çalar qatır.

“Bavariya” ümidverici oyunçunu saxlaya biləcəyinə əmindir – Karlın müqaviləsi 2028-ci ilə qədərdir. Lakin onun sürətli irəliləməsi və inamlı oyunu Avropanın ən yaxşı klublarını gənc istedadı yaxından izləməyə sövq edib.

Seçilən
41
msport.az

1Mənbələr