AZ

Karreras Yamalı ələ saldı, Rafinya isə onun səhvini açıqladı

“Real”ın müdafiəçisi Alvaro Karreras “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamalın qarşısını necə ala bildiyi ilə bağlı sualı cavablayıb.

Arena.az ispan futbolçunun müvafiq cavabını təqdim edir:

“Xüsusilə çalışmağıma gərək olmadı. Bizim məşqçimiz Xabi Alonsonun məşqlərdəki driblinqi ondan daha yaxşıdır”, deyə Karreras gülərək bildirib.

“Barselona”nın braziliyalı ulduzu Rafinya isə komanda yoldaşı olan Lamin Yamalın “el klasiko” ərəfəsində səhvə yol verdiyini və gənc futbolçunun “Real”ın ünvanına işlətdiyi aşağılayıcı ifadələrin, rəqibə qələbə uğrunda mübarizədə əlavə şövq şövq bəxş etdiyini bildirib.

Rafinyanın müvafiq açıqlamasını təqdim edirik:

“O, səhvə yol verdi və dediyini dedi. Lamin gənc oğlandır, hələ yetkinləşməyib. Onun sözləri Madird “Real”ına əlavə şövq bəxş etdi”, deyə Rafinya vurğulayıb.

Xatırladaq ki, Madriddə keçirilmiş “el klasiko” “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
16
arena.az

1Mənbələr