AZ

Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonununTəzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanınmüxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Trend-inQarabağ bürosunun xəbərinə görə, Ballıca kəndinə 13 ailə olmaqla 51nəfər, Təzəbinə kəndinə 17 ailə olmaqla 72 nəfər, Badara kəndinəisə 17 ailə olnaqla 62 nəfər yola salınıb. Doğma yurda qayıdansakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görəPrezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanımƏliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldanazad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Seçilən
52
9
az.trend.az

10Mənbələr