Bu gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində 2-ci Liqa təmsilçisi "Şəki Siti" Şamaxıda Premyer Liqa komandası "Karvan-Yevlax"la qarşılaşacaq.
Bu gün 14:00-da başlayacaq matç ərəfəsində Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənov fikirlərini Fanat.Az-a bölüşüb:
"1-ci Liqa təmsilçiləri ilə Premyer Liqa komandaları arasında uçurum varsa, deməli, elita təmsilçiləri ilə 2-ci Liqa komandalarını müqayisə etməyə belə, dəyməz. "Karvan-Yevlax"la mübarizədən öncə hər hansı iddiadan danışsaq, gülünc olar. Bizim hədəfimiz 2-ci Liqada uğur qazanmaqdır. Bu qarşılaşma gənc oyunçularımız üçün bir təcrübədir. Aydın məsələdir ki, Premyer Liqada işləri yolunda getməyən "Karvan" bizimlə oyuna hirsli çıxacaq. Biz də "Şəki Siti" adına nəsə etmək, layiqli mübarizə aparmaq istəyirik".
Nihat