AZ

"Real"ın əsəbiləşib özündən çıxdı: "Komandadan gedirəm"

"Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior komandadan getmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz oyunçu "Barselona" ilə keçirilən "El-Klasiko" matçında əvəzləndiyi anda əsəblərinə hakim ola bilməyib.

Qarşılaşmanın 72-ci dəqiqəsində əvəz olunduğunu öyrənən Vinisius qəzəblənərək soyunub-geyinmə otağına yollanıb və bildirib:

"Komandadan gedirəm... getməyim daha yaxşıdır."

Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu 2018-ci ildən "Real Madrid"in heyətində çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Xatırladaq ki, "Real Madrid" "El-Klasiko"da "Barselona" üzərində 2:1 hesablı qələbə qazanıb.

Hüseyn
Milli.Az

Seçilən
35
1
milli.az

2Mənbələr