BAKI, 28 oktyabr. TELEQRAF
Bu gün Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Lətif Qəribalı oğlu Şahhüseynovun dəfn mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi torpağa tapşırılmaq üçün Sumqayıt şəhəri Şəhidlər xiyabanına gətirilib.
Xatırladaq ki, Lətif Şahhüseynov 1969-cu ildə martın 12-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyunun 28-i Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində itkin düşüb.