AZ

İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Humix" MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Humix" MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.

Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.
İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olubİlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

Seçilən
40
49
sonxeber.az

10Mənbələr