Karyerasını 2-ci bundesliqa təmsilçisi Braunşveyq ''Ayntraxt''ında davam etdirən türkiyəli futbolçu Ərəncan Yardımcının cezası açıqlanıb.
Qeyd edək ki, son turda ''Ayntraxt''ın ''Hannover-96''nı qəbul etdiyi oyunda bu yarımmüdafiəçi artıq 20-ci dəqiqədə rəqibinin boğazından yapışdıqdan sonra birbaşa qırmızı vərəqə almış və komandasını azlıqda qoymuşdu. Nəticədə meydan sahibləri 0:3 hesabı ilə uduzmuş, baş məşqçi Hayner Bakhaus isə oyunsonrası mətbuat konfransında türkiyəliyə məsuliyyətsiz davranışına görə klub tərəfindən pul cəzası veriləcəyini açıqlamışdı. Futbolçu özü də sosial şəbəkədə paylaşım edərək hisslərinə hakim ola bilmədiyini etiraf etmiş və komandasını çətin durumda qoyduğuna görə üzr istəmişdi. Amma Ərəncan tək bu cəza ilə canını qurtarmayacaq.
Almaniya Futbol İttifaqının İntizam Komitəsi 23 yaşlı futbolçuya 3 oyunluq cəza verildiyini açıqlayıb. Qeyd edək ki, ''Qalatasaray''ın yetirməsi olan Yardımcı Türkiyədə ''Eyüpspor'', ''Alanyaspor'' və ''Pendikspor''da forma geyib.
2024-ün yayından o, ''Hoffenhaym''a məxsusdu. Amma ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Şturm''da keçiribsə, bu mövsüm də icarə əsasında ''Ayntraxt''ın şərəfini qoruyur. Bu klubda o indiyə qədər 11 oyuna 3 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta