Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Sığorta sektoru dünyada klassik prinsiplərdən texnoloji yeniliklərə doğru sürətlə keçid edir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, süni intellekt, böyük data və blokçeyn texnologiyaları sığorta xidmətlərini daha şəffaf və müştəri mərkəzli edir. Həmçinin rəqəmsal identifikasiya, avtomatlaşdırılmış zərər qiymətləndirmələri və süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın standartlarına çevriləcək.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, Azərbaycan sığorta sahəsində əldə etdiyi rəqəmsal təcrübəni qardaş türk dövlətləri ilə paylaşmağa hazırdır və ölkədə icbari sığorta növləri artıq vahid elektron sistem üzərindən həyata keçirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.