“Aston Villa” futbolçusu Metti Keş ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Polşalı müdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Metti 2020-ci ildən “Aston Villa”da çıxış edir. Bu müddətdə o, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.