Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynanın Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri və onun ətraf əraziləri son sutkada döyüşlərin ən gərgin nöqtəsinə çevrilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 28 oktyabr səhər məlumatına görə, Rusiya ordusu Pokrovsk istiqamətində 79 dəfə hücuma cəhd edib. Ümumilikdə, cəbhə xətti boyunca 218 silahlı toqquşma qeydə alınıb.
Hesabatda bildirilir ki, Pokrovsk hazırda ən şiddətli döyüşlərin mərkəzinə çevrilib.
“Financial Times” qəzeti isə hərbi və kəşfiyyat mənbələrinə istinadla yazır ki, Rusiya ordusunun son günlərdə Şərq cəbhəsində hücumları əhəmiyyətli dərəcədə intensivləşib.
Britaniya nəşrinin məlumatına görə, Moskvanın əsas hücum istiqaməti Pokrovsk–Mırnohrad (keçmiş Dimitrov) aglomerasiya zonasına yönəlib. Qəzet qeyd edir ki, son həftələr ərzində Rusiya bölmələrinin kiçik qrupları Ukraynanın zəif müdafiə xəttlərini yararaq şəhərin bəzi hissələrinə daxil olmağa başlayıb.
Mənbələrin fikrincə, vəziyyət xüsusilə son günlərdə kəskinləşib, bu isə Ukrayna ordusunun canlı qüvvə çatışmazlığı və Rusiya ordusunun artilleriya üstünlüyü ilə izah olunur.
Analitiklər hesab edirlər ki, Pokrovsk uğrunda döyüşlər Donetsk cəbhəsində yeni mərhələnin başlanğıcı ola bilər. Şəhərin ələ keçirilməsi Rusiya ordusuna Qərbi Donetsk və Dnepropetrovsk istiqamətlərində irəliləmək üçün strateji imkanlar aça bilər.
Buna baxmayaraq, Ukrayna tərəfi bildirir ki, bütün hücumlar dəf edilir və Rusiya ordusunun irəliləməsi lokal xarakter daşıyır.
Rasim
“AzPoliitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.