Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Rusiya neftinə sərt sanksiyalar tətbiq etməsini səhv addım hesab edir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Orban Rusiyanın ən böyük iki neft şirkəti olan “Rosneft” və “Lukoil”-ə sanksiya tətbiq edilməsini “həddi aşmaq” kimi qəbul etdiyini deyib.
Jurnalistlərin Trampın bu sanksiyalarla Moskvaya qarşı "həddini aşıb-aşmadığı"na dair sualına cavab olaraq Orban deyib: "Macarıstan baxımından bəli. Biz bu vəziyyətdən, ilk növbədə Macarıstan üçün çıxış yolu axtaracağıq".
Macarıstan, Slovakiya kimi, Rusiya enerjisinin ən böyük idxalçılarından biri olaraq qalır. Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Macarıstanın Rusiya neftindən asılılığını 61%-dən 86%-ə qədər artırıb. Macarıstan nazirləri iddia edirlər ki, alternativ mənbələri olmayan bir ölkə kimi Macarıstan Rusiyadan yanacaq almaqdan imtina edə bilməz.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.