Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, - nəşr bildirib.
Qəzet yazır ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi.
Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.