AZ

Yaponiyanın keçmiş baş nazirini güllələyən şəxs günahını etiraf etdi

2022-ci ildə Yaponiyanın sabiq baş naziri Sindzo Abeye qarşı sui-qəsd törədən Tetsui Yamaqami məhkəmədə günahını etiraf edib.

Bu barədə "Kyodo" məlumat yayıb.

Qeyd olunub ki, 45 yaşlı kişi etiraf ifadələrini Nara Rayon Məhkəməsində ilk iclas zamanı verib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Yaponiyanın sabiq baş naziri Sindzo Abe sui-qəsddən sonra yerləşdirildiyi Nara prefekturası xəstəxanasında vəfat edib. 67 yaşlı siyasətçi seçki kampaniyası zamanı çıxış edərkən odlu silahdan yaralanıb.

KİV-in məlumatına görə, Abe sinə və boyun nahiyəsindən yaralanıb.
Seçilən
5
1
7news.az

2Mənbələr