AZ

Paşinyan növbədənkənar seçkiyə GEDİR

Ermənistanda növbədənkənar seçki keçirilə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə   "Hraparak" qəzeti yazıb. 

"Xüsusilə, “Vətəndaş sazişi”nin seçki qərargahına kimin rəhbərlik edəcəyi və seçki kampaniyası menecerlərinin müavinləri vəzifələrini icra edəcəyi artıq müəyyənləşib. Bunlar Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan və Vaaqn Aleksanyandır. Hakim partiya daxilində Paşinyanın növbədənkənar seçkilərə qatılacağına dair şübhə var və seçkilərdən səkkiz ay əvvəl bu "təyinatların" səbəbi də məhz budur”,-deyə qəzet yazıb.

Mlumatda bildirilir ki 2021-ci ildə Suren Papikyan “Vətəndaş sazişi”nin aparat rəhbəri vəzifəsində çalışıb:

“Arayik Harutyunyanın indi niyə qərargahın rəhbəri olmasına gəlincə, bizə deyildi ki, Paşinyana it kimi sadiq olanlar azdır, ona görə də sonuncunun təşkilatçılıq qabiliyyətinin olmaması belə təyinata mane olmayıb. Sadiqlər arasında Vaaqn Aleksanyan, Gevork Papoyan və indi vəzifəsindən azad edilmiş Stepan Asatryan da var", - deyə nəşr qeyd edir.

Seçilən
76
cebheinfo.az

1Mənbələr