AZ

Ramiz Mehdiyevin məktubu saxtadır? - MƏŞHUR YAP-ÇIDAN CAVAB

Hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin Rusiyanın bəzi dairələrinə göndərdiyi məktubun saxta olması barədə iddialara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Mehdiyevin Rusiyaya ünvanladığı məktubun saxta olduğunu deyənləri də başa düşmək mümkündür. Çünki onun hər şeyi saxtadır: alimliyi də, akademikliyi də, dövlət xadimliyi də, “dərinliyi” də və sair. Saxtakarlıq onun mahiyyətidir, xislətidir. Toyuqlu pizza

Bu səbəbdən Mehdiyevin adı çəkilən kimi ilk xatırlanan saxtakarlıq anlayışı olur...

O məktub da Mehdiyevin saxtakarlığının ifadəsidir. Amma faktdır ,saxta deyil, saxtakarlıq faktıdır”.

Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub oktyabrın 27-də mətbuatda yayılıb. Məktubun mətninə görə, o, ölkədə hakimiyyətin üç qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi “Dövlət Şurası” adlı quruma həvalə etməyi təklif edib. Məktubda qeyd olunur ki, “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Sözügedən 50 nəfərin siyahısı məlum deyil.


Telegram kanalımız
Seçilən
78
25
yenisabah.az

10Mənbələr