AZ

Gürcüstanda qəbul edilən qanuna sərt təpki: Bu, avtoritarizmdir!

BAKI, 28 oktyabr. TELEQRAF

“Partiyaların qadağan edilməsi ilə bağlı qəbul edilmiş qanun avtoritar qanundur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif Milli Hərəkət Partiyası sədrinin müavini İrakli Pavlenişvili bildirib.

Siyasətçi deyib ki, bununla ölkədə bütün hüquqlar məhdudlaşdırılır:

“Gürcüstanda elə qanunlar qəbul edilir ki, bu, təkcə siyasi fəaliyyətin məhvinə yox, ümumiyyətlə, tənqidi düşüncəyə malik olma hüququnun məhdudlaşdırılmasına xidmət edir. Belə getsə, tənqidi düşüncəyə malik insanlar küçədə gəzmək imkanından məhrum edilə bilər. Bütün hüquqlar məhdudlaşdırılıb. Bu, ölkədə diktaturanın qurulmasının nümunəsidir, bəlkə də dərsliklərə də daxil ediləcək.

Başqa ölkələrdə belə presedent yadımda deyil. Onların hesablamalarına görə, bununla Gürcüstan vətəndaşlarının bir milyona qədəri seçki və səsvermə hüququndan məhrum edilir. Əvvəlki seçkilərdə kimlərə səs verilirdisə, indi onlar mövcud olmayacaq, mövcudluq hüququ olmayacaq. Bu, ölkənin gördüyü ən avtoritar qanunlardan biridir”.

Seçilən
52
teleqraf.com

1Mənbələr