AZ

Məşhur aktyor 70 yaşında ata oldu

Fraiser serialındakı rolu ilə tanınan Kelsey Grammer 70 yaşında yenidən ata olub. Məşhur ad səkkizinci övladının dünyaya gəldiyini açıqlayıb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir çox layihədə rol alan Kelsey Grammer 70 yaşında yenidən ata olma həyəcanını yaşadığını açıqlayıb.

Məşhur aktyor ötən gün verilişdə Kristofer adlı bir oğulları olduğunu açıqlayıb.

Həyat yoldaşı Kayte Uolşun 3 gün əvvəl uşaq dünyaya gətirdiyini bildirən məşhur aktyor "Kristofer ailəyə yeni qoşulub" deyib.

Cütlük dördüncü övladının sevincini yaşayarkən, Kelsi Qrammer də səkkizinci dəfə ata olub.

Seçilən
20
manset.az

1Mənbələr