AZ

“Türkiyə İrandan xeyli irəlidədir” - Sabiq Prezident

“Türkiyənin nefti olmasa da, turizm və sənaye sahəsində İranı geridə qoyub”.

Missiya.Az xəbər verir ki, bunu İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi deyib.

“Türkiyənin bir damcı nefti yoxdur, amma bu gün turizm və sənaye ilə bizdən çox irəlidədir. Bizim neftimiz var idi, amma onların turizmdən əldə etdikləri gəlir bizim ümumi neft gəlirimizdən çoxdur”, - deyə siyasətçi vurğulayıb.

Xatəmi qeyd edib ki, İran mədəni irs və tarixi potensial baxımından turizmi inkişaf etdirmək üçün geniş imkanlara malikdir.

Onun sözlərinə görə, ölkə bu imkanlardan istifadə etməklə neft gəlirlərindən asılılığı azalda və gələcək nəsillər üçün dayanıqlı iqtisadi model qura bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
1
missiya.az

2Mənbələr