AZ

Azərbaycan klubu “Baba”nı görəvdə saxladı - Müqavilə yeniləndi

“Turan Tovuz” baş məşqçisi Kurban Berdıyevlə müqavilənin uzadılması variantını aktivləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Sport24.ru portalı məlumat yayıb.

Qeyd olunub ki, Berdıyevin hazırkı sözləşməsi cari mövsümün sonunda – 2026-cı il iyunun 30-da başa çatırdı.

Lakin klub rəhbərliyi mövsümün sonunu gözləmədən sözləşmədəki “+1”dən istifadə edib. Nəticədə Berdıyevin müqaviləsi 2027-ci ilin 30 iyununadək uzadılıb.

Rusiyalı həmkarlarımız klub rəhbərliyinin bu qərarını “Turan Tovuz”un ölkə çempionatındakı uğurlu nəticələri və liderliyi ilə əlaqələndiriblər.

Həmçinin iddia olunub ki, “Turan Tovuz” rəhbərliyi Berdiyevə ən azı 3 il müddətinə daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.

9 turdan sonra “Turan Tovuz” 18 xalla Azərbaycan Premyer Liqasında liderdir. Lakin ikinci pillədə qərarlaşan və 17 xalı olan “Qarabağ” Tovuz klubundan bir oyun az keçirib.

Seçilən
1
sportinfo.az

1Mənbələr