1-ci Liqanın 6-cı turunda "Zaqatala"nın qonağı olan "Mingəçevir" evə 3:2 hesablı qələbə ilə qayıtdı. Bu matçda "işıqçılar"ın qollarından birinə imza atan hücumçu Samir Abdullayevlə əlaqə saxlayıb həm son matç, həm də Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Zaqatala"a ilə oyunun ağır olacağını bilirdik. Buna görə oyuna çox ciddi hazırlasmışdıq. Şükür ki, qələbə qazanaraq istədiyimizə nail olduq. Qol vurduğum üçün şadam. Komandama fayda verə bilmək həmişə xoşdur. Artıq "Zaqatala" ilə matçı unudub bütün fikrimizi "Qəbələ" ilə oyuna yönəltmişik. Təbii ki, Premyer Liqa təmsilçisi ilə səfərdə çətin olacağını bilirik. Buna görə də maksimum yaxs hazırlaşıb "Qəbələ" ilə oyunda da yaxşı nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" oyunu oktyabrın 29-da keçiriləcək. Qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.
Nihat