AZ

Sərnişinlər mobil tətbiqlə avtobusların gəliş vaxtını izləyə biləcəklər

Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən innovativ həllər üzərində iş aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər. Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək.

Həmçinin sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb. “İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanmaqdadır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Eyni zamanda, Bakı şəhərində müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələri yerləşdirir. Bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti nümayiş etdirir”, - deyə məlumatda qeyd olunub. 

Seçilən
10
17
operativmm.az

10Mənbələr