ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
NATO 2022-ci ildə Ukrayna üzərindəki hava məkanını bağlamaqdan imtina edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Danimarkanın TV2 telekanalına verdiyi müsahibədə danışıb.
Stoltenberqin sözlərinə görə, Rusiya qüvvələri Kiyev yaxınlığında olduğu zaman Ukrayna tərəfi uçuşsuz zonanın tətbiqi ilə bağlı alyansa müraciət edib. Lakin o izah edib ki, bunun üçün Rusiyanın hava hücumundan müdafiə sistemlərini kənarlaşdırmaq və Ukrayna ərazisi üzərində Rusiya təyyarələrini vurmaq lazım gələcəkdi.
"O zaman NATO müharibəyə cəlb olunmuş olacaqdı. Kiyevin bir neçə gündən sonra süquta uğraya biləcəyini başa düşdüyümüzü, amma NATO təyyarələrini Ukrayna hava məkanına göndərməyəcəyimizi demək ağrılı idi", - deyə keçmiş NATO baş katibi bildirib.
Qeyd edək ki, Yens Stoltenberqin daha əvvəl dərc olunan memuarlarında NATO baş katibi, həmçinin Volodimir Zelenski ilə ağır söhbətlərinə də yer verib. O etiraf edib ki, hərbi blok Kiyevi dəstəkləmək üçün əlindən gələn hər şeyi edib, lakin əsgərlərini döyüş meydanına göndərmək istəməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.