AZ

Tiflisdəki etirazlar Gürcüstanın siyasi həyatında mühüm mərhələdir- ÖZƏL

"Tiflisdə keçirilən etirazlar Gürcüstanın siyasi həyatında mühüm bir mərhələdir. Bu hadisələr dövlətin sabitliyinə və gələcək kursuna təsir göstərə biləcək xarakter daşıyır. Lakin burada əsas məsələ gərginlik deyil, Gürcüstan hökumətinin situasiyanı idarə etmək bacarığı və milli iradəni qorumaq əzmidir".  Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Sabiq prezident Salome Zurabişvilinin bəyanatları daxili siyasi dinamikanı qızışdırsa da, bu cür emosional çıxışlar artıq dövlət maraqlarına xidmət etmir. O, hazırda ölkə rəhbəri deyil və rəsmi məsuliyyəti olmayan bir fiqur kimi proseslərə əlavə gərginlik gətirir. Gürcüstan hökuməti isə hadisələrə hüquqi çərçivədə reaksiya verir və dövlət institutlarının sabitliyini qorumağa çalışır. Qərbin "Rusiya təsiri" ittihamları isə ədalətli qiymətləndirmə sayıla bilməz. Gürcüstan həmişə öz xarici siyasətini balanslı və milli maraqlara əsaslanan formada qurub. Hökumət üçün əsas prioritet nə Qərbin, nə də Şərqin diktəsi deyil , Gürcüstan dövlətçiliyinin və sabitliyinin qorunmasıdır. Etirazların dinc və qanun çərçivəsində saxlanılması dövlətin gücünü və məsuliyyətini göstərir. Gürcüstan rəhbərliyi destruktiv çağırışlara uymadan sabitlik xəttini qoruyur. Bu, həm demokratiyanın, həm də suverenliyin əsas göstəricisidir.
Analitik baxımdan, hökumətin vəziyyətə nəzarəti saxlaması və dialoqa açıq qalması ölkəni mümkün sarsıntılardan qoruyur. Bu gün Gürcüstan emosiyalara deyil, idarəetmə təcrübəsinə söykənməlidir. Çünki sabitlik dövlətin ən böyük siyasi kapitalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
olaylar.az

1Mənbələr