AZ

ABŞ “Rosneft”ə görə, Almaniyaya 6 ay vaxt verdi

ABŞ Almaniyaya Rosneft-in Almaniyadakı törəmə müəssisəsinin hüquqi statusunu həll etmək üçün altı ay vaxt verib.

AzPost-un məlumatına görə, bu barədə Bloomberg xəbər verir.

Agentliyin məlumatına görə, Tramp administrasiyası Almaniya hökumətinə “Rosneft Deutschland”-a məhdud lisenziya verilməsini nəzərdən keçirdiyini və bu lisenziyanın onu ABŞ sanksiyalarından azad edəcəyini bildirib.

Lakin bunun üçün Almaniya hakimiyyəti Rusiyanın iştirakını istisna edən şirkət üçün yeni mülkiyyət strukturu hazırlamalıdır.
Bloomberg-in mənbələrinin verdiyi məlumata görə, Berlin təklifi nəzərdən keçirir və yaxın günlərdə rəy bildirəcək. Mənbələrdən birinin məlumatına görə, Almaniyanın iqtisadiyyat naziri Ketrin Reyx bu həftə Torontoda keçiriləcək G7 enerji nazirlərinin görüşündə məsələni qaldıracaq.
Almaniyanın neft emalı gücünün təxminən 12%-ni təşkil edən Rosneft Deutschland 2022-ci ilin sentyabr ayından bəri etibarnamə ilə Almaniya hökumətinin idarəetməsinə verilib. 22 oktyabrda ABŞ Rosneft, Lukoyl və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Almaniya kansleri Fridrix Merz bildirib ki, Rosneft Deutschland və Rosneft-in Almaniyadakı digər bir törəmə şirkəti olan və eyni zamanda Almaniya dövləti tərəfindən idarə olunan RN Refining & Marketing üçün “istisna” gözləyir.

AzPost.az

Seçilən
14
azpost.info

1Mənbələr