AZ

“Rusiyanı onlarla müstəqil dövlətə bölmək istəyirlər” Şoyqu məqalə yazdı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Qərb Rusiyaya aqressiv təzyiq göstərir və ölkəni onlarla müstəqil dövlətə bölməyə çalışır. Onların məqsədi ölkəmizin suverenliyini ləğv etməkdir. Onlar vətənimizi onlarla kiçik dövlət qurumuna bölmək, sonra onları özlərinə tabe etmək, istismar etmək və öz eqoist maraqları üçün istifadə etmək istəyirlər".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi və sabiq müdafiə naziri Sergey Şoyqu "Arqumentı i Faktı" qəzetindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, bu məqsədlə Qərb ölkələri "güclü anti-Rusiya təbliğatı" aparır və Rusiyanın tarixinə, mədəniyyətinə, "mənəvi dəyərlərinə" hücum edirlər. Bundan əlavə, Şoyqu qeyd edib ki, "Rusiyanın və MDB ölkələri xalqlarının harmoniyasına və qardaşlığına xələl gətirmək" cəhdləri davam edir. O, Rusiyaya "dost olmayan" hökumətlərin Rusiya cəmiyyətini bölməyə çalışdıqlarını vurğulayıb. Şoyqu həmçinin qeyd edib ki, Qərb Rusiyadakı millətlərarası münasibətlərin təbiətini, "mənəvi və əxlaqi gücünü" və çoxmillətli Rusiya xalqının birliyini başa düşmür.

Vladimir Putin də dəfələrlə Rusiya cəmiyyətini separatizm, millətçilik və oxşar ideologiyalar vasitəsilə bölmək cəhdləri barədə danışıb. O, FSB-dən "bütün bu iyrəncliklərə" daha fəal şəkildə qarşı çıxmağı tələb edib. Lakin reallıqda Rusiyada xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra milli ayrıseçkilik, rus şovinizmi, qatı millətçilik, hətta nasizmə meyllər xeyli artıb və bütün bunlara çox vaxt Kreml təbliğatı rəvac verməklə məşğuldur.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
azpolitika.info

1Mənbələr