AZ

Vüsal Qurbanov: Süni intellekt əsaslı modellər sığorta sektorunun yeni standartları olacaq

"Rəqəmsal identifikasiya, avtomatlaşdırılmış zərər qiymətləndirmələri, açıq sığorta və süni intellekt əsaslı nəzarət modelləri sığortanın yeni standartları olacaq".

Bunu Bakıda keçirilən "Türk Dövlətləri Insurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov deyib.

O bildirib ki, bu Türk Dövlətləri Insurtech Zirvəsi bu ölkələr arasında qarşılıqlı fəaliyyətin birgə əməkdaşlığın bariz nümunəsidir. Bu, birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir.

Vüsal Qurbanov deyib ki, hazırda dünyada sığorta klassik prinsiplərlə deyil, texnologiyanın gətirdiyi yeniliklərlə formalaşır. Süni intellekt, big data, blokçeyn sığorta sektorunun daha şəffaf, müştəri mərkəzli hala gətirib. Son illər Azərbaycanda sığorta sektorunun rəqəmsalllaşması daha da genişlənib. İcbari sığorta növləri bu gün ölkəmizdə vahid elektron sistem üzərindən həyata keçirilir. Azərbaycan və dünya sığorta bazarlarında rəqabətin güclənməsi “insurtech”i sektorun aparıcı qüvvəsinə çevrib. Bütün bunlar müştəri loyallığını artırır, həmçinin sığorçıların xərclərini azaldır.

Seçilən
0
2
aznews.az

3Mənbələr