AZ

Xaçmazda avtomobil 6500-dən çox abonenti qazsız qoydu...


Xaçmazın Qusarçay kəndi istiqamətində istismarda olan qaz xətti naməlum avtomobil tərəfindən vurularaq qırılıb. Qəza ilə əlaqədar rayonun 27 kəndində 6500-dən çox abonentə qazın verilməsi dayandırılıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, ortatəzyiqli yeratı polietilen qaz xəttindən ayrılan 159 mm-lik qaz xətti hazırda təmir olunur. Günün ikinci yarısında kəndlərə təbii qazın verilməsi nəzərdə tutulub. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Mətləb

Seçilən
4
7
baki-xeber.com

10Mənbələr