AZ

“Melissa” qasırğası Yamaykaya yaxınlaşır son 50 ilin ən güclü fırtınası

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Atlantik okeanında yaranan “Melissa” qasırğası qısa müddətdə güclənərək 5-ci kateqoriyaya çatıb və hazırda Yamaykaya doğru hərəkət edir.

Bizimyol.info xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, qasırğanın mərkəzi hazırda Kinqstondan təxminən 240 kilometr cənub-qərbdə yerləşir. Sürəti 280 km/saat olan küləkr və 4 metrədək hündürlükdə olan dalğalar ölkə üçün ciddi təhlükə yaradır.

“Melissa”nın çox yavaş hərəkəti (saatda cəmi 4 km) onun təsirlərini daha da dağıdıcı edir. Proqnozlara əsasən, çərşənbə axşamı axşamına qədər Yamaykanın bəzi bölgələrində yağıntı miqdarı 1000 millimetrə çata bilər. Müqayisə üçün, London və Parisdə illik yağıntı təxminən 650 millimetr təşkil edir.

Yamaykanın baş naziri Endryu Holness mətbuata verdiyi açıqlamada bildirib ki, ölkənin qərb hissəsi daha çox zərər görəcək: “Heç bir infrastruktur 5-ci kateqoriya qasırğaya tab gətirə bilməz. Bu, böyük dağıntılara və uzunmüddətli bərpa prosesinə səbəb olacaq”, - deyə o qeyd edib.

Hazırda Yamaykada torpaq sürüşmələri, ağacların aşması və elektrik kəsintiləri qeydə alınıb. Səhiyyə naziri Kristofer Tafton bəzi sahil xəttindəki xəstəxanalarda xəstələrin təhlükəsizlik məqsədilə yuxarı mərtəbələrə köçürüldüyünü bildirib.

ABŞ Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib ki, “Melissa” Yamaykada “fəlakətli və həyati təhlükə yaradan küləklər, daşqınlar və dəniz daşması”na səbəb olacaq. Qasırğanın çərşənbə axşamı səhər adaya çataraq cənubdakı Sent-Elizabeth bölgəsindən daxil olub şimaldakı Sent-Ann istiqamətində hərəkət edəcəyi gözlənilir.

Mütəxəssislər əhalini təhlükəsiz yerlərdə qalmağa və hökumətin təxliyə göstərişlərinə əməl etməyə çağırırlar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bizimyol.info

1Mənbələr