AZ

Yaponiya Baş naziri Trampa Abeyə məxsus qolf dəyənəyi hədiyyə edib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokioda rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Trampa mərhum dostu, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeyə məxsus qolf dəyənəyi hədiyyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkə hesabında yayıb.

Takaiçi həmçinin Amerika liderinə məşhur yapon qolfçusu Hideki Matsuyamanın imzası olan qolf çantası hədiyyə edib.

Tramp bu idmana olan sevgisi ilə tanınır; 2017-ci ildə ABŞ prezidenti kimi ilk səfəri zamanı o, Abe ilə qolf oynayaraq saatlarla vaxt keçirib.

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Abenin müttəfiqlərindən və ailəsinin yaxın dostudur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr