AZ

Paşinyan komandası Ermənistanın növbədənkənar seçkilərə hazırlaşdığından şübhələnir – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası onun növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşdığından şübhələnir. 

Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hökumət üzvləri üçün baş nazirin seçki qərargahının rəhbərini və təşviqat üzrə müavinini növbəti seçkilərə səkkiz ay qalmış təyin etməsi gözlənilməz olub. Halbuki parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.

Paşinyanın bu tələskənliyi komandasında onun növbədənkənar seçkilərə hazırlaşdığı barədə ehtimalları gücləndirib.

Mənbənin məlumatına əsasən, bu dəfə qərargaha müdafiə naziri Suren Papikyan deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyan rəhbərlik edəcək. Qəzet yazır ki, Arutyunyanın zəif təşkilatçılıq bacarıqları olsa da, Paşinyana olan sədaqəti onun təyinatında əsas rol oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr