AZ

Merkel Merzi “miqrant siyasəti” barədə fikirlərinə görə tənqid edib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın sabiq kansleri Angela Merkel hazırkı hökumət başçısı Friedrix Merzini miqrasiya mövzusunda verdiyi ziddiyyətli açıqlamalara görə tənqid edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.

27 oktyabr tarixində Merkel Bonn şəhərində “Azadlıq” adlı xatirələr kitabını təqdim edib. Qəzetin fikrincə, sabiq kansler Merzə birbaşa müraciət etməsə də, onun sözləri aktual ictimai müzakirələrə şərh kimi səslənib.

Merkel xüsusilə 2015-2016-cı illərdəki miqrasiya böhranını “miqrant axını” kimi adlandırmamağı tövsiyə edib və insanların hər birində ayrı-ayrı fərdləri görməyi vurğulayıb. Onun sözlərinə görə, xüsusilə siyasətçilər bu mövzuda düzgün və ölçülü ifadələrə riayət etməlidirlər.

Sabiq kansler kitabından sitat gətirərək bildirib: “Əksər insanlar siyasətçinin hansısa hesabla hərəkət edib-etmədiyini və ya həqiqətən problemləri həll etmək istəyib-istəmədiyini düzgün anlaya bilir. Demokratik partiyalar üçün isə səbir və ədlətli olmaq vacibdir”, - deyə qeyd edib.

14 oktyabrda isə hazırkı kansler Merz bildirib ki, Almaniya hökuməti miqrasiya siyasətində əvvəlki səhvləri düzəldir və miqrasiya problemini həll etməkdə irəliləyiş əldə edib. Lakin o, əlavə edib ki, “bu problem Almaniya şəhərlərinin görünüşündə hələ də mövcuddur”. Daha sonra Merz suala konkret cavab verməkdən imtina edib, lakin maraqlananlara tövsiyə edib ki, qızlarından aydın cavab alsınlar.

Merzin bu açıqlamaları həm siyasətçilər, həm də ictimaiyyət tərəfindən tənqid olunub və bir çoxları onları irqçi və ayrı-seçkilik yaradan kimi qiymətləndirib.

Eyni zamanda, sorğular göstərir ki, əksər alman vətəndaşları bu məsələdə Merzin mövqeyini bölüşür. "Wahlen" araşdırma qrupunun 21-23 oktyabr tarixində ZDF üçün keçirdiyi sorğuda iştirakçıların 63%-i onun fikirlərini dəstəkləyib. Lakin 35 yaşdan kiçik respondentlər bu cavabı verməkdə daha ehtiyatlı olub – yalnız 42%, 60 yaşdan yuxarı respondentlər arasında isə dəstək 66% təşkil edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
bizimyol.info

1Mənbələr