AZ

Qəzzada atəşkəsi AZƏRBAYCAN QOŞUNLARI QORUYACAQ

Yazını böyüt
Yazını kiçilt

İordaniya Kralı II Abdullah Qəzza zolağına yerləşdiriləcək beynəlxalq sülhməramlı qüvvələr haqqında danışıb.

Hafta.az-ın yazdığına görə, Misirlə yanaşı Fələstin təhlükəsizlik qüvvələrinə təlim keçməyə hazır olduqlarını bildirən II Abdullah, beynəlxalq qüvvələrin fələstinlilərə sülh gətirə bilməyəcəyini vurğulayıb: “Qəzzada təhlükəsizlik qüvvələrinin səlahiyyəti nə olacaq? Ümid edirəm ki, bu, sülhməramlı olacaq. Əgər bu, sülh gətirmək deməkdirsə, heç kim müdaxilə etmək istəmir. Sülhməramlılıq yerli polis qüvvələrini dəstəkləməklə əldə edilir. İordaniya və Misir çox sayda fələstinlini təlimləndirməyə hazırdır. Lakin heç bir ölkə Qəzzada silahlı patrul xidməti aparmaq istəmir”.

Həmas-ın Qəzzada siyasi rol oynamayacağı ilə bağlı açıqlamalar xatırladıldıqda, İordaniya Kralı deyib: “Mən onları tanımıram, amma onlarla çox yaxından işləyənlər, yəni Qətər və Misir buna çox nikbin yanaşırlar. Əgər bu məsələni həll etməsək, İsrail və Fələstin üçün hər hansı gələcək tapmasaq, ərəb və müsəlman dünyası ilə İsrail arasında münasibətlər qurulmasa, məhvə məhkumuq”.

Digər tərəfdən, İsrail təhlükəsizlik rəsmiləri Həmas-ın silahlarını yerə qoymayacağını iddia ediblər və Təl-Əvivin Qəzzada atəşkəsdən sonrakı prosesdə bu fərziyyə ilə hərəkət etdiyini bildirdilər.

“Yedioth Ahronot” qəzetinin məlumatına görə, İsrail Parlamentinin Xarici İşlər və Müdafiə Komitəsində brifinq verən təhlükəsizlik rəsmiləri “Həmas-ın silahlarını təslim etməyəcəyi fərziyyəsi ilə hərəkət edirik” deyiblər.

İsrail rəsmiləri həmçinin atəşkəsi tətbiq etmək və izləmək üçün Qəzza zolağına girəcək beynəlxalq qüvvələrin İndoneziya, Pakistan və Azərbaycan qoşunlarından ibarət olacağının gözlənildiyini bildiriblər.

Hesabatda Azərbaycanın İsrail ilə sıx münasib saxlayaraq müdafiə və texnologiya sahəsində əməkdaşlıq etdiyi, İndoneziyanın Təl-Əviv hökuməti ilə münasibətləri normallaşdıracağı iddiaları təkrarlanıb.

Seçilən
4
hafta.az

1Mənbələr