AZ

Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda

Millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə keçiriləcək oyunuları üçün biletlər satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

"iTicket.az"da onlayn şəkildə satılan biletlər İslandiya ilə görüş üçün 5-30, Fransa ilə oyun üçün 5-200 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq və saat 21.00-da start götürəcək.

Seçilən
6
2
football-plus.az

3Mənbələr