AZ

Tramp və Yaponiya Baş naziri Çinə qarşı “nadir metal” sazişi imzalayıb

Yaponiyanın Baş naziri Takaiçi və ABŞ prezidenti Tramp Çinin nadir torpaq metallarından asılılığı azaltmaq üçün saziş imzalayıblar.

AzPost bildirir ki, “Nyu-York Tayms” (NYT)-ın məlumatına görə, Tokioda Trampla Yaponiyanın yeni baş naziri arasında ilk görüş baş tutub. Bu vəzifəni tutan ilk qadın olan baş nazir Vaşinqtonla müttəfiq münasibətlərinin “yeni qızıl dövrünə” başlayacağına söz verib. Tramp öz növbəsində Takaiçi ölkənin müdafiəsini gücləndirmək əzminə görə “əsl lider” adlandırıb.

Görüşdən sonra tərəflər birgə təchizat zənciri və vacib minerallar və nadir torpaq elementləri ehtiyatları yaratmaq üçün çərçivə sazişi imzalayıblar. Bu sazişin əsas məqsədi hər iki ölkənin bu sənayedə dominantlıq edən Çindən idxaldan asılılığını azaltmaqdır.

Yaponiya artıq Çinin nadir torpaq elementləri idxalındakı payını on il əvvəlki göstərici olan 90%-dən 60%-ə endirməyə nail olub. Bu saziş Çinin bu metallara ixrac nəzarətini sərtləşdirməsindən qısa müddət sonra bağlanıb.

Bundan əlavə, Ağ Evin mətbuat katibi  Takaiçinin Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu bildirib.

AzPost.az

Seçilən
26
1
azpost.info

2Mənbələr