2025-ci ilin oktyabrın 1-nə (sentyabr ayının yekunu) Azərbaycanda fəaliyyət göstərən bankların mənfəətdən vergi öhdəliyi 214,5 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların mənfəət vergisi ödənişi ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 milyon manat, yəni 12,5% artıb, lakin ötən ilin sonuna nəzərən 79,8 milyon manat, yəni 27,1% azalıb. Aylıq müqayisədə isə vergi ödənişi 26,6 milyon manat, yəni 14,2% yüksəlib.
Xatırladaq ki, bankların mənfəət vergisi öhdəliyi bu ilin sentyabrın 1-nə 187,9 milyon manat, ötən ilin sonunda 294,3 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 190,6 milyon manat təşkil edib.