Türkiyənin reytinqli verilişlərindən olan "Gelinim Mutfakta"da gərgin anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, iştirakçılardan biri canlı efirdə atasının infarkt keçirdiyini öyrənib.
Aparıcı bunu ona söyləyərkən qadının halı pisləşib. Daha sonra onun sakitləşdirmək üçün atasının xəstəxanadan görüntüləri yayımlanıb.
Həmin an çəkilən video sosial şəbəkələrdə səs-küyə səbəb olub. İzləyicilər veriliş heyətinin bunu reytinq xatirinə etdiyini bildirərək qınağ atəşinə tutub.
Sözügedən kadrları təqdim edirik: