AZ

MKİ 83 yaşlı Çörçilli SSRİ-yə qarşı istifadə etmək istəyib

Yazını böyüt
Yazını kiçilt

ABŞ xarici kəşfiyyat agentliyi olan MKİ-nin 1958-ci ildə Böyük Britaniyanın o zamankı Baş naziri Ser Uinston Çörçilli Sovet İttifaqına qarşı istifadə etmək istədiyi məlum olub.

Hafta.az-ın yazdığına görə, “The Telegraph” MKİ sənədlərinə istinadən bildirib ki, 1940-cı ildən 1945-ci ilə və 1951-ci ildən 1955-ci ilə qədər Baş nazir vəzifəsində çalışmış Çörçillin agentliyin maliyyələşdirdiyi Azadlıq Radiosunda çıxış etməsi planlaşdırılırdı.

Karl Marksın ölümünün 75-ci ildönümünü qeyd edən proqramların məqsədi, ənənəvi marksizm-leninizmə qarşı çıxmaqla, o dövrdə Sovet İttifaqında geniş yayılan revizionist hərəkatı daha da yaymaq idi.

MKİ marksizmin tarixi materializminin və proqnozlarının yalan olduğunu nümayiş etdirməyə çalışdı. Hesab olunurdu ki, 14 mart - 5 may 1958-ci il tarixləri arasında aparılan xüsusi təbliğat əməliyyatı Sovet vətəndaşlarını rəsmi dövlət ideologiyasını sorğulamağa və Kommunist Partiyası liderlərinə qarşı üsyana daha da təşviq edəcək.

Hesabatda həmçinin bildirilir ki, iki müddət ərzində Birləşmiş Krallığın Baş naziri vəzifəsində çalışmış Klement Ettli, hökumətdə səhiyyə naziri Aneurin Bevan və filosoflar İsaya Berlin və Bertrand Rassel də "Azadlıq Radiosu"nda proqramlar aparmalı idilər.

O vaxt Vaşinqtona çağırılan Çörçill səhhətindəki problemləri əsas gətirərək ABŞ-a getməkdən imtina edib.

83 yaşlı Çörçillin bu təklifi qəbul etdiyinə dair heç bir əlamət yoxdur. Britaniya siyasətinin əfsanəsi 1965-ci ildə 90 yaşında vəfat edib.

Nottinqem Universitetində kəşfiyyat tarixi və beynəlxalq münasibətlər dərsləri verən professor Rori Kormak yeni dərc olunmuş sənədlərlə bağlı şərh verib: “Soyuq Müharibə”də təbliğat əməliyyatları hakimiyyəti sarsıtmaq, ortodoks ideyaları pozmaq və sorğu-sual yaratmağı təşviq etmək məqsədi daşıyırdı”.

Seçilən
20
hafta.az

1Mənbələr