AZ

Britaniya miqrantları hərbi kazarmalarda yerləşdirəcək

Britaniya hakimiyyəti noyabr ayının sonlarından etibarən qeyri-qanuni miqrantları keçmiş hərbi bazalardakı kazarmalarda  yerləşdirməyə başlayacaq.

AzPost bildirir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, Şotlandiyanın İnverness şəhəri yaxınlığındakı ordu bazasındakı kazarmalardan və İngiltərənin cənubundakı Şərqi Sasseksdəki təlim düşərgəsindən miqrantların müvəqqəti yerləşdirilməsi üçün istifadə olunacaq. Nəşr bildirir ki, 900-ə qədər miqrantın orada yerləşdirilməsi planlaşdırılır.

Daxili İşlər Nazirliyi gələcəkdə müvəqqəti olaraq 10.000-ə qədər qeyri-qanuni miqrantı kazarmalarda yerləşdirməyi planlaşdırır. Britaniya hakimiyyəti hesab edir ki, bu qərar büdcəyə düşən yükü azaldacaq, çünki miqrantlar hazırda bahalı otel otaqlarında yerləşdirilir.

Lakin, Milli Audit Ofisinin məlumatına görə, keçmiş hərbi bazalardan istifadə planları otel seçimindən daha baha başa gələ bilər. 2029-cu ilə qədər hökumət miqrantları oteldə yerləşməsindən tamamilə imtina etmək niyyətindədir.

AzPost.az

Seçilən
22
1
azpost.info

2Mənbələr