BAKI, 28 oktyabr. TELEQRAF
Oktyabrın 1-i tarixinə Azərbaycanda bank sektorunda ən çox kredit qoyuluşu Bakı şəhəri üzrə reallaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında paytaxta 22 milyard 232 milyon 68 min manat məbləğində kredit qoyulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakıda kredit qoyuluşu 8.4% artıb.
Ölkə üzrə kredit qoyuluşunda ikinci sırada 1 milyard 182 milyon 593 min manatla Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 874 milyon 674 min manat, Lənkəran-Astara iqtisadi rayonu üzrə 692 milyon 31 min manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə isə 606 milyon 359 min manat məbləğində kredit qoyulub.