Türkiyə neftə sahib olmasa da, inkişaf baxımından daha yüksək səviyyələrə çatıb.
Publika.az xəbər verir ki, bunu İranın sabiq prezidenti Məhəmməd Xatəmi Yəzd şəhərinə səfəri zamanı deyib.
O, Türkiyənin artan regional və qlobal gücünə toxunaraq bildirib: “Türkiyəni bizim üçün model adlandırmaq istəmirəm, amma onların bir damla nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənaye sahəsində bizdən çox irəlidədirlər. Bizim neftimiz var idi, onların yox. Lakin onların turizmdən əldə etdiyi gəlirlər bizim ümumi neft gəlirlərimizi belə geridə qoyur”.
Xatəmi İran iqtisadiyyatının neftdən asılı vəziyyətdə qalmasından narazılığını ifadə edib: