AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artdı

BAKI, 28 oktyabr. TELEQRAF

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 41,8 milyon manat olub.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın açıqladığı statistikaya görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.

Kredit qoyuluşunun 24.5 faizi - 7 milyard 590.2 milyon manatı dövlət banklarının, 69.9 faizi - 21 milyard 686,1 milyon manatı özəl bankların, 5,7- faizi - 1 milyard 765,5 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Seçilən
23
teleqraf.com

1Mənbələr