AZ

Azərbaycandan Tunisə 102,3 milyon dollar dəyərində neft ixrac olunub

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Tunisə 102,3 milyon dollar dəyərində 187 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 51,9%, həcm baxımından isə 51% azalıb. Ötən ilin ilk doqquz ayında Tunisə ixrac edilən neft və neft məhsullarının dəyəri 243,1 milyon dollar, həcmi isə 381,6 min ton təşkil etmişdi.

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard dollar dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18,8%, həcmi baxımından isə 3,5% azalıb.

Fuad Mədətov
Finss.az

Seçilən
7
2
fins.az

10Mənbələr