AZ

Qaxda vətəndaşlar üçün pulsuz hüquqi yardım təşkil edilib- ÖZƏL

2025-ci ilin oktyabr ayının 27-də  Qax şəhərində fəaliyyət göstərən Heydər Əliyev mərkəzində Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə Vəkillər Kollegiyası və Parlament arasında imzalanan əməkdaşlıq Memorandumuna uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım təşkil edilib. "Olaylar"ın məlumatına görə, 113 saylı Qax-Şəki  seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Əli Məsimli Vəkillər Kollegiyası və Parlament arasında imzalanan əməkdaşlıq Memorandumuna uyğun olaraq reallaşdırılan bu tədbirin əhəmiyyətindən danışıb.
Qəbulda şəhid ailələrinin mənzillə təminatına, bir sıra  vətəndaşların əmlaklarının qeydiyyatı problemi, məhkəmə qərarlarının icrası, dövlər orqanlarına müraciətlərin vaxtında cavablandırılması,dövlət qurumları arasında məsuliyyət bölgüsü, məhkəmə baxışında olan işlərin diqqətdə saxlanılması və s. kimi bu qəbildən olan problemlər qaldırılıb.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Əli Məsimli hüquqşünas və vəkillər qaldırılan məslələrlə bağlı tövsiyyələr verdilər və qaldırılmış problemlərin həlli üçün qanunvericiliyə uyğun şəkildə kömək göstərəcəklərini bildirdilər.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı Cavid Məhərrəmov, Qax rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Dəyanət Əminov,  Zaqatala şəhərində faəliyyət göstərən vəkillər bürosunun rəhbəri Samir Şərifov, həmin büronun vəkilləri -  Məmmədov Şaban, Nəbiyev Əhməd, Əlişov Cəbrayıl, İsmayılov Azər Həşim oğlu və Dimanov İbrahim iştirak ediblər.
Qəbuldan sonra, Milli Məclisin deputatı Əli Məsimli, qəbulda iştirak etmiş hüquqşünas və vəkillərlə qəbulun nəticələrini müzakirə ediblər, vətəndaşların qaldırdığı  problemlərin həlli  məqsədi ilə koordinə edilmiş fəaliyyətin qurulması istiqamətində mükalimə apardılar. Gələcəkdə bu kimi qəbulların və ödənişsiz hüquqi yardımın göstərilməsinin vacibliyini qeyd etdilər. 
Milli Məclisin deputatı Əli Məsimli qeyd etdi ki, vətəndaş hüquqlarının müdafiəsi çərçivəsində qanunvericilikdə olan boşluqların aradan qaldırılması,eləcədə yeni çağırışlara uyğun dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması faydalı olardı. O, bu kimi təkliflərə və onların Milli Məclisdə qaldırılmasına daim açıq olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr