AZ

“Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir”

Publika.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

-Qüdrət bəy, xarici dairələrin əlində alətə çevrilmiş bəzi şəxslər dövlət büdcəsinin 2026-cı ildə artırılmasına istinad edərək Zəngəzur dəhlizi üçün Ermənistanla yeni müharibəyə cəlb ediləcəyimizi söyləyirlər. Belə iddiaların həqiqət payı nə qədərdi?

-Azərbaycan Ermənistanla kommunikasiya xətlərini artıq açıbsa, Türkiyə də buna hazırlaşırsa, Rusiya yüklərini Ermənistana Azərbaycan üzərindən göndərmək istəyirsə, deməli, regiona sülh gəlib. Azərbaycanın Rusiya və İranla münasibətlərindəki gərginlik də aradan qalxmaq üzrədir. Biz sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. Silahlı Qüvvələri müasir silahlarla təmin etmək üçün böyük maliyyə vəsaiti lazımdır. Büdcədə hərbi xərclərin artırılması silah alışına dair imzalanmış sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi, peşəkar orduya keçilməsi istiqamətində işlərin görülməsi ilə əlaqədar ola bilər. Büdcə layihəsi bizə veriləndə bunu biləcəyik. Hazırda “3+3” formatında region dövlətlərinin başçılarının görüşü planlaşdırılır. Yeni müharibələr regionun heç bir dövlətinə lazım deyil. Region dövlətləri daha sıx əməkdaşlıqda maraqlı görsənir. Vaşinqton Bəyannaməsindən sonra artıq ABŞ də regionda var və bu da sülhə əlavə təminatdır. Rusiyanın təhriki ilə yeni müharibənin olacağı ehtimalı sıfıra bərabərdir, Azərbaycanı lələkələmə kampaniyasının tərkib hissəsidir.

-Ramiz Mehdiyevin məktubu ilə tanış olmusunuzmu?

-Əlbəttə, məktubla tanışlıqdan sonra ilk ağlıma gələn o oldu ki, o, yaşla əlaqədar koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiqi düşünmə, təhlil və qərarvemə ) qiymətləndirilməsi və nevropsixoloji müayinədən keçirilməlidir. ABŞ-də mütəmadi olaraq yaşlı prezidentlər belə müayinədən keçirilir.

Seçilən
23
publika.az

1Mənbələr