Böyük Britaniyanın Baş naziri Kir Starmer və müdafiə naziri Con Hili Ankaraya səfər ediblər. Səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparılıb. Dauninq Strit-in xəbərində deyilir ki, tərəflər arasında imzalanan və ilk təyyarələrin 2030-cu ildə təhvil verilməsi planlaşdırılan 8 milyard funt sterlinq dəyərində müqavilə Türkiyəyə 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışını nəzərdə tutur. Bu, 2017-ci ildən bəri Böyük Britaniyada istehsal olunan “Typhoon” təyyarələri üzrə ilk yeni sifarişdir və son onilliklərin ən böyük döyüş təyyarəsi ixrac sövdələşməsi hesab olunur.
Mətləb Salahov