“Qiyamət radiosu” hesab olunan UVB-76 radiostansiyası dünən iki yeni kodlaşdırılmış mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə "UVB-76 Logs" Telegram kanalı məlumat yayıb.
Dünən Bakı vaxtı ilə saat 13:54-də yayımlanan birinci mesajda "toxum" sözü, saat 15:20-də yayımlanan ikinci mesajda isə "blokhoroşı" sözü olub.
Mütəxəssislər qeyd edirlər ki, stansiyanın yayımlarında tez-tez rəqəmlər, hərflər və nadir sözləri birləşdirən mesajlardan istifadə olunur. Məlumata görə, dünənki sözlərə əvvəlki yayımlarda heç vaxt rast gəlinməyib.