Səidə Sultanın sosial şəbəkələrdəki səssizliyi maraq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, bir vaxtlar “Instagram” hesabında tez-tez paylaşımlar edən müğənni artıq bir aydan çoxdur izləyicilərini yeniliklərlə sevindirmir.
Onun son paylaşımı sentyabrın 19-da olub. Həmin gündən bu yana ifaçı nə yeni foto, nə də video paylaşıb. Pepperoni pizza
Səidə Sultan sosial şəbəkələrdəki aktivliyi ilə daim seçilirdi. Həm səhnə çıxışları, həm də şəxsi həyatı ilə maraq doğuran müğənni 2 il öncə ailə həyatı qurub. Həmin vaxtdan bəri izləyicilər onu tez-tez "Bir şey-mir şey var?", yəni “Nə vaxt ana olursan” sualı ilə bezdirirdi.
Müğənni bu suallara daha əvvəl verdiyi cavabla yadda qalmışdı: “Yox, ana olmamışam. Ana olmaq üçün planlar qurmuram. Bu, Allahın işidir”.
Bu sözlərdən sonra Səidə Sultan analıq mövzusunu açıq şəkildə müzakirə etməsə də, sosial şəbəkərdəki səssizliyi izləyicilərdə eyni fikri doğurub: “Bəlkə də ana olmağa hazırlaşır”.
42 yaşlı müğənninin qeybə çəkilməsinin həqiqətən şəxsi həyatı ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Əsmətxanım
Telegram kanalımız