AZ

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək.

Premyer Liqa təmsilçilərindən “Karvan-Yevlax” “Şəki Siti” ilə, “İmişli” “Qaradağ Lökbatan”la, “Kəpəz” “Ağstafa Gəncləri” ilə, “Turan Tovuz” isə “Dinamo” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 oktyabr

14:00. "Göygöl" – "Baku Sportinq"

Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Buzovna qəsəbə stadionu

14:00. "Karvan-Yevlax" – "Şəki Siti"

Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Şamaxı şəhər stadionu

14:00. "Qaradağ Lökbatan" – "İmişli"

Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Cəbrayıl" – "Şəfa"

Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Kəpəz" – "Ağstafa Gəncləri"

Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

17:00. "Dinamo" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Azərsun Arena"

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da yekun vurulacaq.

Seçilən
29
7
azertag.az

10Mənbələr